Bu gün Azərbaycan Respublikasının Müstəqillik Gününün 22-ci ildönümüdür. Bu münasibətlə dünən xalq artisti Faiq Ağayev Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən təşkil edilmiş ziyafətdə iştirak edib. Müğənni səfəri haqda təəssüratlarını Facebook sosial şəbəkəsində paylaşıb:
"Bu axşam Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən Moskvada təşkil edilmiş Dövlət Müstəqillik Gününə həsr olunmuş ziyafətdə aparıcı və əsas sənətçi olaraq ansamblımla iştirak etdim. Bir daha musiqimizin nə kimi möcüzəvi təsir gücünə malik olduğunun şahidi oldum. Rusiya və digər xarici ölkələrin siyasi və ictimai xadimlərinin, məşhur sənət adamlarının konsertə açıq-aydın valeh olması məni qürurlandırdı! Fəxr edirəm ki, zəngin Azərbaycan İncəsənətinin bir damlası, bir zərrəsiyem! Bayramımız mübarək, əziz soydaşlarım! Var olsun AZERBAYCAN!!!"
Onu da xüsusilə vurğulayaq ki, ölkəmizin bu kimi önəmli bayramlarında Faiq Ağayevin yaşadığı mənzilin eyvanından Azərbaycanın üçrəngli bayrağı dalğalanır.
Hazırladı: Könül Aypara
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































