Kim Kardaşyan Bakıya gələ bilər
7 Sentyabr 11:52
Biznes-ledi Ruhi Əliyeva Türkiyə səfərinin məqsədini açıqlayıb.
"Qafqazinfo"ya açıqlamasında Ruhi Türkiyəyə tanınmış modelyer Hakan Akkayanının dəvəti ilə getdiyini bildirib:"Məşhur modelyer Hakan Akkayanın defiləsini izləmək üçün Türkiyəyə getdim. Defilə çox maraqlı keçdi, tanınmış modellər bir-birindən gözəl geyimlər nümayiş etdirdi. "Özünə bax" layihəsinə dəvət edəcəyim İvana Sərt, Çağla Şikel və bir çox tanınmış müğənnilərlə danışıqlar apardım, onları ölkəmizə dəvət etdim".
Qeyd edək ki, Ruhi ilə yanaşı müğənni Zamiq Hüseynov, prodüser Tarix Əliyev və Elnur Həsənov da defiləni izləmək üçün Türkiyəyə yollanıb.