Tanınmış teleaparıcı Zaur Baxşəliyev övladının şəkli ilə bağlı açıqlama verdi: "O, mənim övladım deyil!"
"Son günlər bütün internet saytlarında övladım kimi təqdim olunan balaca qızcığazın mənə heç bir aidiyyatı yoxdur. O, mənim övladım deyil. Hər kimin balasıdırsa, Allah saxlasın. Mən övladımın fotoşəklini və ya videogörüntüsünü heç yerdə yayımlamamışam və belə bir fikrim də yoxdur. Nə mən, nə də Günay heç bir sosial şəbəkədə yoxuq. Bu şəkli yayımlayan insanlardan xahiş edirəm ki, o körpəni mənim övladım kimi təqdim etməsinlər. Bu, həmin uşağın valideynlərinə təhqirdir. İstər ATV kanalında yayımlanan "Onlar" verilişi, istərsə də digər saytlar bu məsələni mənim özümdən dəqiqləşdirə bilərdilər. Çünki mənim bütün mətbuat orqanlarına hörmətim var. Və bu hörmətin qarşılıqlı olmasını arzulayıram. Mən öz övladım və ailəmlə heç vaxt gündəmdə olmamışam və belə bir fikrim də yoxdur. Başqasının körpəsini mənim övladım kimi təqdim etmək çox gülüncdür. Bir daha söyləyirəm ki, şəkli yayılan bu körpə mənim deyil. Allah valideynlərinə çox görməsin. Amin!"
Xatırladaq ki, bir neçə gündür ki, internet saytlarında körpə bir qız uşağının fotogörüntüsü yayılıb. Və həmin körpə "Ümid var" verilişinin aparıcısı Zaur Baxşəliyevin övladı kimi təqdim edilib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































