Dünən Ədliyyə Nazirliyinin Penitensiar xidməti Bakı İstintaq təcridxanasında baş verən intihar faktı ilə bağlı məlumat yaydı. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən KİV-ə verilən məlumata görə, barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Nurlana Nəsir qızı Əsədova (1978-ci il təv.) səhər saatlarında saxlanıldığı kamerada mələfədən kəndir kimi istifadə edərək intihar edib.
Xatırladaq ki, Nurlana oktyabr ayının əvvəlində həyat yoldaşı ilə bərabər apteki qarət etdiyinə görə həbs edilmişdi. 02.10.2013-cü il tarixdə Bakı İstintaq təcridxanasına qəbul edilərkən ilkin tibbi müayinədən keçirilmiş, ona "narkomaniya mənşəli psixo-emosional davranış pozuntusu; mastit " diaqnozu qoyulmuş və həkim psixiator-narkoloq və həkim terapevt tərəfindən ambulator qaydada müvafiq müalicə təyin edilmişdi. Aparılmış müalicədən sonra Nurlananın vəziyyəti nisbətən stabilləşmiş və sonrakı müddətdə mütəmadi həkim nəzarətində saxlanılmışdı. Fakt üzrə Bakı şəhəri Sabunçu rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb və istintaq aparılır.
P.S. Məlum olub ki, Nurlana Əsədova tanınmış müğənni Mətanət Əsədovanın bacısıdır. Hadisə ilə bağlı ətraflı məlumat əldə etmək məqsədilə M.Əsədova ilə əlaqə saxladıq. Lakin müğənni bu barədə hələlik heç bir açıqlama vermək istəmədi. Onu da xatırladaq ki, intihar edən N.Əsədovanın 11 yaşlı oğlu var...
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































