Müğənnilərimiz seçkilərdə iştirak etdilər

Müğənnilərimiz seçkilərdə iştirak etdilər
Kim, harada, necə və ya kimə səs verdi?

Bu gün Azərbaycanda Prezident seçkisi günüdür. Azərbaycan respublikasının hər bir vətəndaşı qeydiyyatda olduğu seçki məntəqəsinə üz tutaraq, öz səsini seçdiyi namizədə verdi. Şou-biznes nümayəndələri də bu gün fəallıq göstərdilər. Kimlər necə, harada və ya kiminlə səsvermədə iştirak etdilər?

Daima xalq içində olan, sadəliyi ilə fərqlənən, nəinki 9 oktyabrda, ümumiyyətlə, ilin hər günündə İlham Əliyevi dəstəkləyən xalq artisti Faiq Ağayev anası Səfiyyə xanımla bərabər səsvermə məntəqəsinə yollandı.

Nura Suri isə balaca Davudu ilə bərabər səsvermə hüququndan istifadə etdi. Onu da xüsusilə vurğulayım ki, Prezident seçkiləri günündə bu müğənni xanım Facebook sosial şəbəkəsindəki şəklini İlham Əliyevin şəkli ilə əvəzlədi. Və bununla da Nura xanımın səsini kimə verəcəyi bəlli oldu.

Günay İbrahimli isə, "biz də seçimimizi etdik!" – deyib səsverməyə bacısı ilə bərabər yollandı.

Qürbətdə yaşamalarına baxmayaraq, öz hüquqlarından istifadə edənlər arasında xalq artisti Brilliant Dadaşova da oldu. Hazırda İstanbulda olan müğənni balaban ustası Əlixan Səmədovla bərabər səsvermədə iştirak etdi. Azəri qızı Günel və aktrisa Məlahət Abbasova da bu həmrəylik günündə azərbaycanlılarla bərabər oldular.

Türkiyədə yaşayıb-yaradanlardan biri də gözəl modelimiz Günay Musayevadır, hansı ki, o da bu gün fəallıq göstərərək İstanbulda təşkil olunmuş 16 saylı ikinci Yasamal seçki dairəsində səs verdi: "Bu gün Azərbaycanda prezident seçkiləri günüdür. Əlbəttə ki, səsimi İlham Əliyevə verəcəyəm. Çünki son illərdə Azərbaycanın hərtərəfli inkişafı mənim də gözümdən qaçmır".

Gənc müğənni Yaqut Nəriman da jurnalist bacısı Şəlalə Nərimanla bərabər seçki idarəsində oldu. Mediainfo.az-a eksklüziv açıqlama verən Yaqut, "əlbəttə ki, hər zaman gənclərə dəstək olan prezidentə - İlham Əliyevə səs verdim!" – deyə bildirdi.

Tanınmış modelyer Fəxriyyə Xələfova seçkilərdə iştirakı ilə bağlı sosial şəbəkədə bunları qeyd etdi: "Seçkilərdə iştirak etmək vətəndaşlıq borcumuzdur".

Azərbaycanı "Eurovision-2013"-də təmsil etmiş Səbinə Babayeva da həmkarları kimi vətəndaşlıq borcundan çıxanlar arasında oldu.

Əməkdar artist Elza Seyidcahan oğlu və qızı ilə birgə seçki idarəsinə yollanan müğənnilərimizdən oldu.

İradə İbrahimova da İstanbulda öz seçimini balaca qız İpək ilə birlikdə etdi.

"Oxu Məni" qəzeti və "Mediainfo.az" saytının əməkdaşları olaraq bizlər də bu gün vətəndaşlıq borcumuzu yerinə yetirdik. Əlavə edək ki, bizlərdən çoxu Seçki Komissiyasının sədri Məzahir Pənahovla bərabər eyni məntəqədə səs verdik.

Həmişə jurnalistləri dəstəkləyən, daima gənclərə dayaq olan prezidentimizə - İlham Heydər oğlu Əliyevə səs verməklə onu dəstəklədik, ona dayaq olduq. İnanırıq ki, İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi müddət ərzində Azərbaycan daha da gözəlləşəcək, daha da inkişaf edəcək. İlhamla irəli!

Hazırladı: Könül Qocayeva Aypara

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az