Əməkdar artist Aybəniz Haşımova Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan həyat yoldaşı ilə birlikdə çəkilən fotosunu "Facebook" səhifəsində paylaşıb.
Əməkdar artist fotonun altına şeirlə birlikdə həyat yoldaşına olan ürək sözlərini yazıb:
"Dünya çox qəribədir. Çox çalışırsan ki, başını qatasan, amma olmur. İllər ötdükcə bu dünyanın yalan olduğunu daha çox anlayırsan. Hər şey yalan imiş, bir ondan başqa. O,həqiqətin özüdür!
Ölüm!
Hərdən adam bilmir neyləsin, canını hara götürüb qaçsın. Biri var bilirsən dünyada, başqa-başqa ünvanlardasan. Gedib istədiyin vaxt ən azından uzaqdan görəcəksən. Biri də var ki, nə qapısı, nə də bacası var. İndi gəl yaşa görüm necə yaşayırsan. Kaş bizi atıb gedərdin, amma belə dağ qoymayaydın...
Nə qədər canım var, sağam, mən səni,
Xatirə olmağa qoymayacağam.
Alıb o dünyanın əlindən səni,
Hər gün bu dünyaya qaytaracağam.
Qoymayacağam ki, unudulasan,
Başıma yağsa da alovlar, odlar.
Sən də hamı kimi ölü olasan,
Sən də hamı kimi çıxasan yaddan".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































