Xalq artisti Məleykə Əsədova qızı Gülərə bir çox qadağalar qoyub.
Aktrisa axşam.az saytına açıqlamasında övladından danışaraq, onu texnikadan uzaq tutmağa çalışdığını deyib: "Qızımın sağlam böyüməsini istəyirəm. Buna görə də, o, bütün texnikadan uzaqdır. Gülərin mobil telefonu yoxdur. İstəsəm ən bahalı telefonu alaram. Evdə neçə kompüterimiz var, amma qızım ona yaxınlaşmır. Həftədə bir dəfə iPad-la oynamaq imkanı var. Həmin vaxtı isə ingilis dilində cizgi filmlərinə baxmağa sərf edir. Onun əlinə bu günə kimi pul dəyməyib. İngilis dilini mükəmməl bilir, xaricə gedəndə mənim üçün tərcüməçilik edir. İstəyirəm ki, Gülər fransız, ispan dillərini öyrənsin. Rus dilini gözəl bilir, amma mən onu Azərbaycan məktəbində oxuduram. Tarixi mükəmməl bilməsini arzulayıram".
Bütün gününü qızına həsr edən aktrisa "Onun bu həyatda rəfiqəsi yalnız mən olacam. Heç kimlə dostluq etməsinə icazə verməyəcəm" - deyə əlavə edib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































