İki il bundan əvvəl Cəlilabad rayonu Təzəkənd kənd sakini 16 yaşlı Cavid Nurəliyevin həmkəndliləri tərəfindən zorlanması aşkarlanıb. Məlum olub ki, Cavid Xəyal və Elbrus tərəfindən cinsi təcavüzə məruz qalıb. Hələ bu azmış kimi, xoşagəlməz hadisə telefon vasitəsilə videoya da çəkilib. Dələduzlar həmin hadisəni internetdə yayacaqlarını söyləməklə iki ildir ki, Cavidi şantaj ediblər. Bu müddət ərzində Cavid Xəyalla Elbrusa görüntülər yayılmasın deyə, 300 AZN-dək pul və 400 AZN-lik danışıq konturu verib. Buna baxmayaraq, oğlanlar 18 yaşlı Cavidin zorlanması görüntüsünü internetdə yayıblar.
İş böyüdüyündən Cavid Nurəliyevin valideynləri də hadisədən xəbər tutublar və dərhal polisə müraciət ediblər. Elbrus həbs edilərək baş verənləri etiraf edib. Amma Xəyal hələ də azadlıqdadır. Cavidin ailəsi onun da həbs olunmasını tələb edirlər. Bildirək ki, Cavid Nurəliyev rüsvay olunduğunu bildirərək, yaşadığı kəndi tərk etmək məcburiyyətində qalıb. Hazırda o, Bakıdadır və valideynlərinə intihar edəcəyini bildirib. Deyilənə görə, N.Cavid könüllü olaraq Elbrusla cinsi əlaqədə olub.
Bu hadisədən son dərəcə təsirlənənlər arasında müğənni Nura Suri də var. Hansı ki, keçirdiyi hissləri Facebook sosial şəbəkəsində dostları ilə paylaşıb.
"Ölkəmizdə son zamanlar baş verən zorlama faktları həddini aşıb. Çünki "seks" sözünü deməyə belə utanırlar, qınağa çəkilməkdən qorxurlar. Xaricdə "terror" sözünə olan reaksiya, burda eynilə "seks" sözünə bərabərdir. Hamı hamını güdür, sözünü danışır, qeybət və böhtan baş alıb gedir... Ay camaat, həyatınızı yaşayın və başqalarının yaşamağına mane olmayın! Cavanları güdməyin! Az qınağa çəkin! İnsanlarda, xüsusilə də gənclərdə psixoloji anomaliya movcudlaşıb. Qızları, oğlanları, heyvanları belə zorlayırlar. Dəhşətdir! Camaatın uşağını tutub zorlayıb: Allah uzaq etsin! Allah heç bir anaya belə dərd verməsin!"
.Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































