Sevinc-Sevil bacıları nə üçün Bakıdadırlar?

Sevinc-Sevil bacıları nə üçün Bakıdadırlar?
"Özləri bizi çağıracaqlar..."

Bildiyiniz kimi, Sevinc-Sevil Səfərova bacıları Azərbaycanı Türkiyənin möhtəşəm layihəsində - "O ses Turkiye"de temsil edirlər. Qızların tez bir zamanda vətənə qayıtmaları düzü, çoxları tərəfindən elə də anlayışla qəbul edilməyib. Bu, onların növbəti mərhələyə keçib-keçməməsini bir növ sual altında qoyub. Məsələyə aydınlıq gətirməkdən ötrü əkizlərlə əlaqə saxladıq:

"Hal-hazırda orda yarışma davam edir. Seçim turları bitməyib. Yüzlərlə iştirakçı var. Birinci turun seçimləri bitəndə özləri bizə xəbər edəcəklər. Biz İstanbula qayıdacağıq. Və o zaman artıq ikinci tur və finaldakı duelimizin kimliyi haqda məlumat əldə edəcəyik. Məşqlərə gəldiksə isə, əlbəttə ki, orada Ebru Gündeşlə məşq edəcəyik", - deyə Mediainfo.az-a məlumat verən əkiz bacılar bir mövqeyə də münasibət bildirdilər:

- Yerli yarışmada iştirakdan sonra müğənni Roza Zərgərlinin rəhbərliyi altında "S-Twins" qrupu kimi fəaliyyətinizi davam etdirdiniz. Ancaq elə də uğur tapa bilmədiniz. Axı R.Zərgərlinin özü sənətdə elə də parıldamayıb. Ondan ayrılan kimi bütün mediada, cəmiyyətdə əməlli-başlı tanındınız.

- Hmm... Bu barədə heç bir söz demək istəmirik. Amma fikriniz maraqlı idi...

Könül Aypara

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.12

2026.09.11

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az