Türkiyədə yaşayıb-yaradan azərbaycanlı model Günay Musayeva bir az öncə Facebook sosial şəbəkəsindəki səhifəsində qarət edildiyi barədə şərh yazıb: "Bu gün yenə oğurluq şoku ilə yuxudan oyandıq. Evimə girənlər seyfdən şəxsiyyət vəsiqələrimdən tutmuş zinət əşyalarıma kimi götürüblər. Pullarımızı da oğurlamaları yetməyibmiş kimi mətbəxdən kompyuterimi və Tolqanın (həyat yoldaçı – red.) da avtomobilinin açarlarını götürüblər. Beləcə, əllərini-qollarını sallaya-sallaya maşınımıza minib gediblər. Biz də yan otaqda yatmışıq. Bu necə rahatlıqdır belə? Və polislər əllərində videogörüntü olmasına baxmayaraq, hələ də adamları tapa bilməyiblər. Hadisədən on saat keçib".
Günay Musayeva Oxumeni.az-a açıqlamasında onu da əlavə etdi ki, soyğunçular hətta onun şəxsiyyət vəsiqəsini belə oğurlayıblar: "Polislər hələ də onların izinə düşə bilmirlər... anlamıram bu nə işdir belə?"
Ümid edirik ki, tezliklə gözəl modelə, işgüzar xanıma maddi və mənəvi zərbə vuranlar layiqli cəzalarına çatacaqlar.
Könül Aypara
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































