Bir az öncə ATV telekanalında yayımlanan "Ümid var" verilişində qalmaqallı hadisə yaşandı! Belə ki, əməkdar artist Mehriban Xanlarova mikrafonunu çıxarıb ataraq, canlı yayımı tərk etdi. Buna səbəb aparıcı Zaur Baxşəliyevin bir məsələyə aydınlıq gətirməsi oldu. Sən demə, M.Xanlarova hansı səbəbdənsə meyxanaçı Namiq Qaraçuxurlunu hədələyib. Bundan başqa, o, Namiqi döydürtdürəcəyini də söyləyib.
Bu hadisəni araşdırmağa çalışan Zaur N.Qaraçuxurludan alınan açıqlamanı birbaşa efirə verdi. "Qarşı tərəf kişi xeylağı olsaydı, mən açıq danışardım. O xanım məni döydürməyib, sadəcə olaraq, hədə-qorxu gəlib. Bu haqda ümumiyyətlə müsahibə vermək istəmirəm", - deyən N.Qaraçuxurlu qısa şəkildə də olsa hədələndiyini etiraf etdi.
Milyonların qarşısında pərt olan əməkdar artist, "Zaur, bunu istəyirdin? Mən elə bilirdim ki, sənin mənə hörmətin var. Amma yanılmışam. Bayaqdan deyirsən ki, milyonların sevimlisidir Namiq Qaraçuxurlu, amma mən də milyonların sevimlisiyəm. Bayaqdan dolmuşam. Amma ağlamayacağam", - deyən Mehriban xanım məsələyə heç bir münasİbət göstərmədən zalı tərk etdi.
O.M.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































