Buna səbəb müğənninin Cabbar Musayevin həyat yoldaşı və gəlininə "əxlaqsız" deməsidir
Nərimanov rayon Məhkəməsi müğənni Təranə Qumralı 10 min manat cərimələyib. Bu barədə AzNews-a vəkil Elxan Abbasov məlumat verib. Vəkilin sözlərinə görə, müğənni və bəstəkar Cabbar Musayevin həyat yoldaşı və gəlininin şikayəti əsasında Nərimanov Məhkəməsi belə qərar çıxarıb.Vəkil bildirib ki, Təranə Qumralın C.Musayevi nəzərdə tutaraq, mətbuatda səsləndirdiyi "əxlaqsız onun həyat yoldaşı və gəlinidir" sözlərinə görə hər iki tərəf onu məhkəmə vermişdi. Nərimanov Məhkəməsi isə iddiaçı tərəflərin şikayətini qəbul edib və T.Qumralın C.Musayevin gəlini və həyat yoldaşına ayrı-ayrılıqda 5 min manat ödəməsi barədə qərar çıxarıb. Vəkilin sözlərinə görə, iddiaçı tərəflər Təranə İbrahimovanın onların şərəf və ləyaqətini ləkələdiyini bildirib. Qərara görə, T.Qumral, həmçinin, mətbuatda səsləndirdiyi fikirləri təkzib etməlidir. Məhkəmə bu barədə qərarı sentyabrın 20-də çıxarıb.
O.M.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































