"Mənim Prezidentim"kampaniyası çərçivəsində prezident İlham Əliyevə dəstək videosu çəkilib.
Oxumeni.az xəbər verir ki, "Mənim prezidentim" Gənclər Təşəbbüs qrupu tanınmışlar ilə birlikdə 9 oktyabr 2013-cü il Prezident seçkilərində "Gələcək naminə İlham Əliyevə Səs Verək" şüarı altında İlham Əliyevin namizədliyini dəstəkləyiblər. Bunun üçün çəkilən videorolikdə müğənni və xanəndələr (Samira Allahverdi, Ədalət Şükürov, Sevda Ələkbərzadə, Nəzakət Teymurova, Alim Qasımov), tanınmış media rəhbərləri və televiziya işçiləri (Rəhman Hacıyev, Vüsalə Mahirqızı, Kənan Quluzadə, İlkin Həsəni, Nərgiz Cəlilova), gülüş ustaları Rəfael İsgəndərov və Coşqun Rəhimov iştirak ediblər.
Bundan başqa, digər sənət adamları və tanınmış şəxslər (pianoçu İsfar Sarabski, fotoqraf Orxan Aslanov, şoumen və bəstəkar Murad Arif, aktyor İlham Qasımov, "Rast" qrupunun bədii rəhbəri, əməkdar artist Rəşad Haşımov, "Kim, Harada, Necə" oyununun iştirakçısı Balaş Qasımov, "Şən və Hazırcavablar Klubu"nun aktyoru Azər Məmmədzadə də rolikdə yer alıblar.
Onlar prezident İlham Əliyevin rəhbərliyi altında son 10 il ərzində Azərbaycandakı müsbət tendensiyaları, inkişafı şüar şəklində səsləndiriblər.Sonda isə tanınmışların hər biri "İlhamla İrəli" söyləyərək dəstəklərini nümayiş etdiriblər.Qeyd edək ki, videoçarx Murad Dadaşovun rejissorluğu ilə hazırlanıb.
O.M.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































