Kim Kardaşyan Bakıya gələ bilər
7 Sentyabr 11:52
Bir neçə dəqiqə öncə ANS telekanalında yayımlanan "Günəbaxan" verilişinin qonaqlarından biri yumor ustası Fərda Xudaverdiyev idi. O, "Yaşıl Teatr"da baş tutan konserti ilə bağlı bunları söylədi:
"Niyə hamı deyir ki, Fərdanın konserti əsasən Günay İbrahimlinin başına gələn hadisə ilə yadda qaldı? İnandırım sizi ki, orda elə tamaşaçılar var idi ki, konsertin sonuna kimi dodaqlarında gülüş gördüm".
O ki qaldı Fərdanın dəvətnaməsini alsalar da, konsertinə gəlib çıxmayan müğənnilərə, gülüş ustası elə canlı yayımdaca həmin sənətçilərə ismarıcını yolladı:
"And olsun Allaha, gün gələcək həmin müğənnilər Fərdanın konsertlərində iştirak etməkçün bilet axtaracaqlar. Gəlib ürəyiniz açılacaqdı da, bütün günü bədnam-bədnam gəzirsiniz orda-burda".
O.M.