Onlar "Yeni Ulduz" yarışmasının yetirmələrindəndirlər. Daha sonra isə Roza Zərgərlinin rəhbərliyi altında "S-Twins" adlı qrup kimi fəaliyyətlərini davam etdirdilər. Amma çox keçməmiş əkizlər R.Zərgərlidən ayrılıb, Sevinc və Sevil bacıları kimi restoranlardakı şou-proqramlarda çıxış etməyə başladılar.
Düzü, dünən gecə saatlarında Türkiyənin "Star" telekanalında yayımlanan möhtəşəm "O ses Turkiye" verilişində bu əkizləri görcək, çox təəccübləndim. Restoranlarda çıxış edən bu bacıların heç gözləmədiyim anda böyük layihəyə qatılmaları məni bir azərbaycanlı olaraq hədsiz sevindirdi. Doğrudur, Küçük Emrahın "Götür beni gitdiyin yere" mahnısını səhvsiz ifa edə bilmədilər. Ola bilsin ki, həyəcanlı idilər. Necə olmasa, qardaş sansaq da, başqa bir ölkədə, özü də bu cür bir layihədə, üstəlik tanınmış münsiflər heyətinin üzvləri qarşısında həyəcanlanmamaq qeyri-mümkün idi. Hər halda, iştirak etməyin özü belə böyük risk idi. İndən belə Sevinc-Sevil Səfərova bacılarının "O ses Turkiye" layihəsində daha əzmlə çalışıb, bizləri layiqincə təmsil edəcəklərinə ümid edirəm.
O ki qaldı verilişdə baş verənlərə, qısa şəkildə bildirim ki, qızlar bir-birinə son dərəcə çox oxşamaları ilə həm tamaşaçıları, həm də münsiflər heyətini əməlli-başlı şoka saldılar. Söhbət əsnasında məlum oldu ki, onlar bu yarışmada iştirak etməkdən ötrü Azərbaycandan gəliblər. Qızlar çox güman ki, rusdilli olduqlarından jürinin suallarına gec və ya heç cavab vermirdilər. Bunu görən Hadise, "siz bizi anlayırsınız?" – deyə sual verməkdən çəkinmədi. İşi belə görən Ebru Gündeş özunu iran azərbaycanlısının gəlini kimi təqdim edib, Sevil-Sevincin dediklərini bir növ tərcümə etməyə başladı. Murat Boz da öz növbəsində əkizlərləri sorğu-suala tutdu. Bu zaman ona məlum oldu ki, sən demə, bu qızlar onun fanatı imişlər. Buna baxmayaraq, əkizlər seçimlərini etdilər. Onlar Muratın deyil, Ebrunun tələbəsi olmalarına üstünlük verdilər. Bununla belə, Murat Polad Bülbüloğluya məxsus "Gəl, ey səhər" mahnısını ifa etməklə Azərbaycan musiqisinə olan rəğbətini nümayiş etdirmiş oldu. Onu da əlavə edim ki, Hadise, Ebru Gündeş kimi məşhurlar Azərbaycanı çox sevdiklərini bildirib, hər birimizə salamlar göndərdilər.
Türkiyədə keçirilən "O ses Turkiye" kimi böyük layihədə iştirak edən Sevil-Sevinc Səfərova bacılarını dəstəkləyir və onlara uğurlar arzulayırıq.
Könül Aypara
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































