YENILƏNİB! Aygün Kazımovanın jurnalistlə qalmaqalı düşdü

YENILƏNİB! Aygün Kazımovanın jurnalistlə qalmaqalı düşdü
Zülfiyyə Qurbanova açıqlama gətirdi

Dünən müğənni Sevda Yəhyayeva "Yaşıl Teatr"da daha bir konsert proqramı ilə çıxış etdi. Bu konsert əsasən xalq artisti Aygün Kazımovanın qalmaqalı ilə yadda qaldı desək, yanılmarıq. Belə ki, konserti işıqlandıran jurnalistlərdən birinin qələmə aldığı "Aygün Kazımova Sevdanın konsertində sərxoş idi" başlıqlı yazı aləmi bir-birinə qatdı. Yazar Aysel Qurbanzadənin xalq artistinin içkili olduğunu şübhə altına alması əks tərəfi möhkəm qəzəbləndirdi. Çox keçmədi ki, Facebook sosial şəbəkəsində Kazımovanın VİP Aygün Kazımova səhifəsində bu barədə şərh yer aldı:

"Qərəzli jurnalistdən növbəti qərəzli məqalə. Əvvəl təkcə Zülfiyyə Qurbanovadan şər və böhtan xarakterli yazıları görməyə alışan oxucular və digər müğənni həmkarlar, hazır olun. İndi bu "savadlı" jurnalistin qızı Aysel Qurbanova da Anspress-də işə düzəlib və anasının "layiqli yolunu" davam etdirmək missiyası ilə məşğuldur. Beləsinə axı nə deyəsən? Elə şər və böhtan xarakterli yazıları oxuyan oxucuların sizin cavabınızı versin. O konsertdə minlərlə tamaşaçı var idi. Bütün yerli kanallar çəkiliş aparıb. Heç kəs Aygün xanımın sərxoşluğunu görməyib, bircə Anspress-in uzaqdan-uzağa spirtli test edə bilən "jurnalisti" bunu bilib".

Nəzərinizə çatdıraq ki, məqaləni yazan xanım Anspress-də çalışan Zülfiyyə Qurbanovanın qızı Aysel Qurbanzadədir.

Aysellə əlaqə saxlamaq mümkün olmasa da, anası Zülfiyyə xanımdan bu hadisəyə münasibət bildirməyi xahiş etdik. Həmkarımızın Oxumeni.az saytına dediklərini nəzərinizə çatdırırıq:

"Şəxsən mən Sevda Yəhyayevanın sözügedən konsertində olmamışam. Qızım Aysel Qurbanzadə ANSPRESS-in müxbiri olaraq konsertdə iştirak edib və sadəcə şahidi olduqlarını yazıb. O ki qaldı başqa saytların yazıb-yazmamağına, mən heç kimin yerinə cavab verə bilmərəm. Nəzərinizə çatdırıram ki, mənim Aygün Kazımova ilə heç bir qərəzim yoxdur. Əksinə, sənətçi olaraq onun gördüyü işləri alqışlayıram. Və hər zaman axtarışda olan, novator ifaçı olduğunu bəyənirəm. Bir də ki, Kazımovanın içkili vəziyyətdə ictimai yerdə görünməsi birinci hal deyil. O xəbərdə Aygün Kazımova tənqid olunmayıb, münasibət bildirilməyib, sadəcə xəbər yazılıb. Vəssəlam!"

P.S. Əlavə edək ki, jurnalist tərəfindən məqalənin başlığında ("Aygün Kazımova Sevdanın konsertində dinc dayanmadı" ) və bəzi cümlələrində dəyişikliklər edilib.

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az