Bakıda məşhur "Forsaj" filminin yeddinci hissəsinin Azərbaycanda çəkilməsi barədə şaiyə yayılıb.
Oxumeni.az xəbər verir ki, şəhəri yeni şayiələr dalğası bürüyüb və insanlar arasında "Forsaj" filminin çəkilişləri ilə bağlı yeni söhbətlər yayılıb. Bu şayiələrin yayılmasına "Forsaj" filminin çəkilişlərindən bir fotoşəkilin həmin layihədə baş rolun ifaçısı, dünya kino ulduzu Vin Dizelin rəsmi səhifəsində yerləşdirilməsi səbəb olub. Şəkildə Vin Dizel və filmin digər qəhrəmanlarının olduğu tikilinin üzərində aşağıdakı yazılı lövhə vurulub: "Uyarı. Heç vaxt tək başına suda və ya suya yaxın ərazidə işləməyin".
Və əgər bu cümlədə birinci "uyarı" sözü türk dilində yazılıb və "xəbərdarlıq" deməkdirsə, ondan sonra gələn cümlə Azərbaycan dilindədir. Məhz bu lövhə "Forsaj"ın növbəti hissəsinin Azərbaycanda, yaxud da Türkiyədə çəkilməsi ilə bağlı şayiələr doğurub.Lakin şayiələrin heç bir əsası yoxdur.
Cartimes.ru saytının verdiyi məlumata görə, "Forsaj 7" filminin çəkilişləri Atlantada (ABŞ) keçirilir. Vin Dizel hətta "Forsaj 7"nin ilk çəkiliş günündən videoçarx hazırlayaraq internetdə yerləşdirib və göstərdiyi dəstəyə görə fanatlarına təşəkkürünü bildirib. Videoçarxda arxa planda həmin köşk görünür.
Qeyd edək ki, "Forsaj 7" filmi 2014-cü il iyulun 11-də işıq üzü görəcək. Filmin 7-ci hissəsində, 6-cı hissədə olduğu kimi Vin Dizel və Pol Uoker çəkilib.
O.M.
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































