Əməkdar artist Aybəniz Haşımova sentyabrın 22-si "12 MAY" şirkətinin sponsorluğu və təşkilatçılığı, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxal Araşdırmalar İnstitutu İctimai Birliyinin təşkilati dəstəyi ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında konsert proqramı ilə çıxış edəcək. "Dostluq körpüsü" layihəsi çərçivəsində gerçəkləşəcək konsertdə sənətkarla səhnəni Tacikistan müğənnisi Təhminə Niyazova, Qazaxstan müğənnisi Alişir Karimov və Kuba müğənnisi Emiliya Morales bölüşəcəklər. Əcnəbi müğənnilərlə yanaşı səhnədə əməkdar artist Səlim Abbasov, gənc müğənnilər Aynişan Quliyeva, Əsgər İsmayılov, Vüqar Ağayev və "Bülbüllər" qrupunun da çıxışları nəzərdə tutulub. Xeyriyyə məqsədi daşıyan konsert kimsəsiz və fiziki cəhətdən qüsurlu olan uşaqlar üçün nəzərdə tutulub. Saat 17.00-da başlayacaq konserti İctimai kanalın tanınmış aparıcısı Saleh Bağırov aparacaq.
Qeyd edək ki, əcnəbi müğənnilər paytaxtımıza ayın 19-u təşrif buyuracaqlar. Konsert gününə qədər qonaqların Fəxri Xiyaban, Şəhidlər Xiyabanı, Heydər Əliyev Mərkəzi və digər mühüm məkanlarla tanışlığı nəzərdə tutulub.
O.M.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































