Türkiyədə milyarder Telman İsmayılov və əfsanəvi türk müğənnisi Ajda Pekkanın ətrafındakı qalmaqallı vəziyyət gərginləşməyə başlayıb.Xatırladaq ki, Telman İsmayılov bundan əvvəl türk estradasının superulduzu Ajda Pekkanı hamının yanında alçaltmışdı. "Mardan palace"də həyat yoldaşının ad gününü şənliyində müğənnin ifasından narazı qalan milyarder "Onu səhnədən rədd edin, budur superstar?" deyə qışqırmışdı.
Oxumeni.az xəbər verir ki, Türkiyə KİV bu vəziyyəti diqqətdən kənarda qoymayıblar və Ajda Pekkanın müdafiəsinə qalxaraq, Telman İsmayılovu tərbiyəsiz adam adlandırıblar."Telman İsmayılovun hərəkətləri nifrət doğurur" – "Star" qəzeti yazır."Sabah" qəzeti isə məsələyə bu cür münasibət sərgiləyib: "Telman İsmayılov xarici ulduzlara milyonlarla pul xərcləyir. Telman İsmayılov Ajda Pekkana qarşı özünü çox tərbiyəsiz və mədəniyyətsiz insan kimi aparıb".
"Focushaber" vurğulayır ki, Ajda Pekkan canlı oxuyurmuş və Telman İsmayılovu nəyin qəzəbləndirdiyi hələ də sual doğurur."Kanalturk" telekanalının səhər proqramının qonaqları isə bu mövzunu müzakirə edərkən birbaşa efirdə vurğulayıblar ki, pulundan asılı olmayaraq, heç kim təkcə ulduzlar deyil, sadə insanlara qarşı da belə hərəkət etməməlidir. Teleproqramın aparıcısı bəyan edib ki, bu hərəkət hətta Tarkana qarşı da edilə bilərdi və xüsusilə vurğulayıb ki, heç kim bilmir sabah başına nə gələcək.
O.M.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































