Kim Kardaşyan Bakıya gələ bilər
7 Sentyabr 11:52
Artıq ikinci gündür ki, dərs ilinə start verilib. Övladlarını məktəbə yola salanlar arasında şou-biznes nümayəndələri də var. Bir vaxtlar ana olduqlarına görə təbrik etdiyimiz müğənilərimiz indi həmin körpələri məktəbə göndərdilər. Elnarə Xəlilovanın qızı Burlaxatun, xalq artisti Zülfiyyə Xanbabayevanın qızı Dəniz builki məktəblilər arasında oldular. Nura Suri isə balaca Davudunu hazırlığa yola saldı. Hər biri ayrı-ayrılıqda keçirdikləri hissləri Facebook sosial şəbəkəsində dostları ilə paylaşdılar.
Bütün məktəblilərə uğurlar arzulayır, valideynlərinin arzularını həyata keçirməyi, vətənə layıq övlad olmalarını diləyirik!
Könül Aypara