Azərbaycanın tanınmış aparıcısı Nanə Ağamalıyeva və müğənni Zamiqinyaxın günlərdə ailə quracağı barədə xəbərlər artıq bir neçə müddətdir ki, gündəmi zəbt edib.
Oxumeni.az xəbər verir ki, dünən Nanənin İnstagramda gəlinlik paltarında şəkil yerləşdirib aşağıdakı bu sözləri yazması tezliklə şou-biznesdə yeni ulduz cütlüyün yaranacağı barədə söhbətlərin daha çox yayılması ilə nəticələnib:
"Nəhayət ki, o gün gəlib çatdı. Həyatımın ən özəl günlərindən biridir. Allah hər bir qıza gəlinlik geyinməyi nəsib etsin.!
Zamiq Hüseynov və mən, yəqin ki, sizləri çox sevindərəcəyik. Çox gözəl gəlinliyim var. Partlayıram, paylaşmaq istəyirəm, amma bir təhər dözərəm. Bu gün saat 14:20 "Gün keçir" proqramında ilk dəfədir ki, canlı yayıma gəlinlikdə bu özəl günü paylaşacağıq".
Lakin məhz dünən axşam "Gün keçir" proqramının efirində Zamiq və Nanənin sevgi əhvalatı ilə bağlı bütün şaiyələrə son qoyulub. Müğənni və teleaparıcı birgə bəyanat verərək bildiriblər ki, onların arasında heç bir romantik münasibət yoxdur, yalnız dostluq edirlər və mətbuatdan daha bu mövzuda yazmamağı xahiş ediblər.
"Biz bir-birimizin toyunda şahid kimi iştirak edəcəyik" – deyə, Nanə Ağamalıyeva vurğulayıb.
O.M.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































