Hazırda əldə etdiyimiz məlumata görə, BMN mərkəzində Vüqar Rahil mətbuat konfransı keçirir. Onun jurnalistləri bu gün başına yığmaqda əsas məqsədi aparıcı Nanənin ona qarşı saymamazlığıdır. Belə ki, şairin dediyinə görə, Nanə Ağamalıyeva ondan izn almadan onun "Mənə bir az ondan danış" adlı şeirini oxuyub. Üstəlik, bu şeir Vüqar Rahilin adı altında yox, Nüsrət Kəsəmənlinin adı altında səslənib. Bu səbəbdən də qəhrəmanımız Nanəni Binəqədi Rayon Məhkəməsinə verib. Hətta ondan təzminat belə tələb edir.
Digər tərəflə də - mövzunu dəqiqləşdirməkdən ötrü aparıcı Nanə Ağamalıyeva ilə əlaqə saxladıq. Nanə hazırda Azərbaycanda yox, Türkiyədə olduğunu və bütün bunlardan xəbərsiz olduğunu dedi. Aparıcı vətənə döndükdən sonra bu olaya aydınlıq gətirərək, açıqlama verəcək.
O.M.
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































