Bu günə kimi susqunluğunu qoruyan müğənni Lalə Məmmədova "Lider" telekanalında yayımlanan "Pərdə" verilişinə açıqlamasında boşanmasından danışıb. Oxumeni.az xəbər verir ki, əməkdar artist hazırda rəsmən ayrılmadıqlarını və bu prosesin bir müddət uzadılacağını deyib: "Əgər boşanmış olsaydım, sənədləri gətirib göstərərdim. Hazırda istəsəm də, boşana bilmərəm. Çünki bətnimdə övladım var, ikinci dəfə ana olacam. Bu haqda söz-söhbətlər gedir, amma rəsmən ayrılmamışıq.Biz insanlar heç bir şeydən sığortalanmamışıq. Övladım dünyaya gəldikdən sonra məsələ aydınlaşacaq. Amma mənim üçün hər şey artıq müəyyən olunub, sadəcə bu haqda danışmaq istəmirəm".
Qeyd edək ki, Lalə Məmmədovanın həyat yoldaşı İlham bəy məsələylə bağlı mediaya bu açıqlamanı verib:"Bu haqda çox danışmaq istəmirəm. Bircə cümlə ilə cavab verəcəyəm. Mənim sevdiyim bir ifadə var – Allah heç kimin ağlını başından almasın. Səbəb nə ola bilər?! Təbii ki, şou biznes və Lalənin ətrafında olan şou-biznes nümayəndələri. Amma hələ qəti qərar verilməyib. Boşanmaq üçün rəsmi ərizə ilə məhkəməyə müraciət etməmişəm. Lalə ana olmağa hazırlaşır. Belə bir həssas dönəmdə onu incitmək istəmirəm. İnşallah, Yeni il ərəfəsində övladımızı dünyaya gətirəcək. Ondan sonra baxarıq. Kim bilir, bəlkə barışdıq".
O.M.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































