ANS TV-nin ŞouBiz verilişinin layihə rəhbəri və aparıcısı hər kəsin Xanım xanım kimi tanıdığı Xanım Yadigarlı telekanaldan istefa verib.
Ərizəsini artıq rəhbərliyə təqdim edən 17 yaşından ANS-də çalışan aparıcının sözlərinə görə, bu kollektiv onun üçün ailə olub: "Mən ANS-də yetişmişəm, orda çox şey öyrənmişəm və öz istəyim ilə kanaldan ayrılıram. Rəhbərliklə aramda heç bir problem yaşanmayıb". Qeyd edək ki, Xanım Yadigarlı bir müddət öncə holivud ulduzu Mila Yovoviçdən müsahibə alan ilk jurnalist olub. Və 2 ilə yaxındır ki, ANS telekanalında çalışır.ANS-dən istefa verən digər əməkdaş isə "Düzbucaq" verilişinin aparıcısı Natiq Nailəoğludur.
O.M.
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































