İlhamə Nazpəridən 890 000 dollar tələb edir

İlhamə Nazpəridən 890 000 dollar tələb edir

Xalq artisti İlhamə Quliyeva xalq artisti Nazpəri Dostəliyevaya qarşı iddiası əsasında Nəsimi rayon Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti verib.Oxumeni.az Apa-ya istinadən xəbər verir ki, İlhamə Quliyevanın vəkili Şəfiqə Nağıyevanın verdiyi məlumata görə, İ. Quliyevanın şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsində məhkəmə prosesi oktyabrın 4-ə təyin edilib.Vəkil bildirib ki, İ. Quliyeva Nəsimi rayon Məhkəməsinin N. Dostəliyevanın 50 min manat cərimə olunması barədə qərarı ilə razılaşmayaraq qarşı tərəfin maddi zərərə görə 200 min, mənəvi zərərə görə isə 500 min manat (890 min dollardan çox) ödəməsini istəyir.Nazpəri Dostəliyevanın vəkili Yunus Vəliyev isə İ. Quliyevanın Apellyasiya Məhkəməsinə şikayət etməsi haqqında məlumatlarının olmadığını deyib:"Mən sabah məhkəməyə təqdim olunmuş sənədlərlə tanış olub, məlumat verə bilərəm. Nazpəri xanım Nəsimi rayon Məhkəməsinin çıxardığı qərarla razılaşmayıb Apellyasiya Məhkəməsinə müraciət edib".Qeyd edək ki, Nəsimi rayon Məhkəməsi İlhamə Quliyevanın şərəf və ləyaqətə, işgüzar nüfuza zərər vurulması iddiası üzrə Nazpəri Dostəliyevanın 50 min manat cərimə olunması barədə qərar çıxarıb.

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az