Oxumeni.az axşam.az-a istinadən məlumatına görə, sənətçi bu barədə "Xəzər" telekanalında yayımlanan "Star life" verilişinə açıqlamasında bildirib:"Konsertdə heç bir müğənnini görmək istəmirəm. Heç yollarını da gözləməyəcəm. Təkcə Ayanı və rəqqasə Fatiməni dəvət etmişəm. Yerdə qalanlar ikiüzlüdür. Konsertə gəlib ağız əyməyə başlayacaqlar. Əgər mən səhnədən belə bir şey görsəm, düşüb mikrafonu başlarına çırpacam". Nadir həmçinin deyib ki, gələcəkdə pulsuz konsert vermək istəyir: "Bu, mənim çoxdankı planımdır. Əgər fikrimi başqaları oğurlamasa, gələcəkdə bunu reallaşdıracam". Müğənni bir çox həmkarının "Maral" mahnısını ifa etmək üçün ondan icazə almamasından şikayətlənib: "Bu mahnını Azərbaycana mən gətirdim. Oxumaq üçün izn istəməliydilər. Təkcə Mətanət İsgəndərli bunu edib, vəssalam. Buna görə əsəbiləşmirəm. Qoy gedib "Maral"la milyon qazansınlar, təki gözləri məndən çəkilsin".Xatırladaq ki, sənətçinin konserti sentyabrın 13-də "Yaşıl Teatr"da baş tutacaq.
O.M.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































