"Ramazandan qabaq bir qadın məclisinə getmişdim, içki olduğuna görə oranı tərk etdim". Bu sözləri Lent.az-a müğənni Xuraman Şuşalı şou-biznesdəki fəaliyyətindən və öz biznesindən söz açarkən deyib: " Mən şou-biznesə qatılmamışdım ki, oradan da gedim. Sadəcə indi ailəmə daha çox vaxt ayırıram. İndi yalnız qadın məclislərinə gedirəm. Kişi xeylağı və içki olan məclislərdə məni görə bilməzsiniz. Bundan əlavə xanımlardan ibarət dini musiqi qrupu yaratmışam. Bu qrupun şou-biznesə heç bir aidiyyəti yoxdur. Onlar yalnız dini mahnılar ifa edirlər. Bu məclislərin qiyməti 1500- 3000-dir. Qiyməti aşağı etməyim əbəs yerə deyil. Bu qiymətə olanda məclislər sırf mən istəyən kimi olur. Əgər məclis mən istədiyim kimi olmazsa, içki və kişi xeylağı həmin məclisdə varsa, həmin yerə getmirəm".
O.M.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































