Avqustun 17-si Azərbaycanın və Dağıstanın xalq artisti, Şöhrət ordenli, Dünya Sülh Səfiri İlhamə xanım Quliyevanın səhnə fəaliyyətinin 50 illik yubileyi və doğum günüdür.Bu tarix ölkəmizin ən baxımlı telekanallarında geniş işıqlandırılmaqdadır. İlk olaraq, "Azad Azərbaycan" (ATV) Müstəqil Teleradio Kompaniyasının efirində, "Şən bazar" verilişində start götürən silsilə yubiley tədbirləri digər telekanallarda da davam etdiriləcək. Belə ki, avqustun 17-də "Space" kanalının "Hər səhər" verilişinin 4 saatlıq canlı efir vaxtı bütünlüklə böyük sənətkarın həyat və yaradıcılığına həsr olunacaq. Həmin verilişdə İlhamə xanımı millət vəkilləri, görkəmli sənətkarlar, mədəniyyət xadimləri, ziyalılar təbrik edəcəklər. Yeri gəlmişkən, dünən Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı (AzərKİVİHİ) Rəyasət Heyətinin qərarı ilə İlhamə xanım mədəniyyət və incəsənət sahəsində göstərdiyi xidmətə görə "Ustad Sənətkar" ali media mükafatına layiq görülüb. Həmin ödül sənətkara "Space" kanalının "Hər səhər" verilişinin canlı efirində təqdim olunacaq. Qeyd edək ki, İlhamə xanım adıçəkilən ittifaqın fəxri üzvüdür."Lider" telekanalında isə böyük sənətkarın ad günü və səhnə fəaliyyətinin yarıməsrlik yubileyi münasibəti ilə xüsusi veriliş hazırlanır. Bu verilişdə İlhamə xanımın Azərbaycanın musiqi mədəniyyətinə bəxş etdiyi zəngin töhfələrdən bəhs ediləcək.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































