"Bilal Əliyev deyir ki, mənim toy qiymətim 130 min avrodur. O qədər pulum olsa, Bilalı toya çağırmazdım, başqa yerə xərcləyərdim".Oxumeni.az xəbər verir ki, bunu lent.az-a müğənni Əlikram Bayramov deyib: "Onun bu qiymətə toya getməsi həqiqət deyil. Bilal o qiymətə toya gedəndə, məni də çağırsın, görüm, bu məbləği kim verəcək? Bu qiymət real deyil. Ona məsləhətim budur ki, 22-ci əsri gözləsin. O, sadəcə, özünə piar edir. Sabah mən də çox söz deyə bilərəm. Ümumiyyətlə, adam dediyi sözə diqqət eləməlidir. Azərbaycanda Bilala 130 min avro verən adam var? Vallah, adama gülərlər. Bu, heç reklam da deyil, boş sözdür. Bilal bu sözü deyibsə, bir də deməsin".
Müğənni Əlikram Bayramov xalq artisti Bilal Əliyevin ünvanına ittihamlar səsləndirib. O iddia edir ki, həmkarının 130 min avro toy qiyməti həqiqətə uyğun deyil. Xalq artisti Bilal Əliyev isə açıqlamasında bildirdi ki, 130 min avro Ə.Bayramov üçün böyük məbləğ sayıla bilər, amma reallıqda bu, elə də böyük qiymət deyil: "Mən onun fikrinə hörmətlə yanaşıram. Amma qoy həmkarım Əlikram Bayramov bilsin, mən istər Azərbaycanda, istərsə də xaricdə məhz 150 minə toya gedirəm. 150 min bəyəm böyük puldur? Bunu bizə verən adamlar var. İnanın ki, mən bunu reklam üçün demirəm. Mən 150 mindən aşağı toya getmirəm, getmərəm də. Hələ bir azdan bu qiyməti yenə də artıracam".
O.M.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































