Tanınmış teleaparıcı İlham Mirzəyev bıçaqlanıb. Oxumeni.az xəbər verir ki, bu barədə AzNews.az-a "Space" kanalından məlumat veriblər.Məlumatda bildirilib ki, bıçaqlanma hadisəsi qonşu Türkiyədə baş verib. Hazırda aparıcının səhhəti normaldır. Həkim nəzarəti altında olan İlham Mirzəyev özü isə Azərbaycana dönmək istəmir.Xatırladaq ki, İ.Mirzəyev ötən ay iyunun 14-də axşam saatlarında çalışdığı "Space" kanalının arxa qapısından çıxıb avtomobilinə yaxınlaşarkən, başqa bir avtomobildən 4 nəfər düşərək onu döymüşdü.Qeyd edək ki, İ.Mirzəyevlə əlaqə saxlamağa çalışsaq da, aparıcının nömrəsinə zəng çatmadı.
O.M.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































