"Türkiyədəki evimə gedirəm"

"Türkiyədəki evimə gedirəm"

Bu gün Azərbaycanın tanınmış müğənnisi Nadir Qafarzadə Türkiyəyə istirahətə yola düşüb. Açıqlama verən müğənni Türkiyəyə tək getmədiyini söyləyib: "Xeyli müddəti idi ki, yorğun idim. Şou-biznesdən, səs-küydən kənara çəkilib bir az dincəlmək istədim. İstirahətin ən gözəli mənim üçün yalnız ailəmlə, yaxınlarımla birgə olmaqdır. Məhz buna görə də düşünüb qərara aldım ki, həyat yoldaşım, uşaqlarım və qayınatamı, qaynənəmi götürüb Türkiyə yola düşüm. Türkiyədə 31 mərtəbənin sonuncu mərtəbəsində evim olduğunu da bir çoxları bilir. Elə oradakı evimə yığışacağıq. İyirmi gün sonra Bakıya qayıdacağıq".
Müğənni daha sonra yeni mahnısından söz açıb. "İfa etdiyim "Maral" mahnısından sonra sözləri şair İkrama, musiqisi Muğbil Əzimova məxsus olan "Sən mələksən" adlı mahnı yazdırdım. Bu mahnımın "Maral" adlı mahnımla heç bir oxşarlığı yoxdur. Fərqli-fərqli janrlarda olan mahnılardı. Amma bu mahnımın da seviləcəyinə inanıram. İndi hansı tədbirə, el məclisinə gedirəm bir çox insanlar "Maral" dan danışır. Dinləyicilərimin mənim yaradıcılığıma olan diqqəti məni sevindirməyə bilməz. Yaradıcılığımda bir çox yeniliklər var. İşlər yekunlaşdıqdan sonra mətbuata açıqlama verəcəm",- deyə müğənni əlavə edib./ans/

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az