Cavanşir Məmmədovun "Rolls Royce Phantom"u taksi ilə toqquşub.Azərbaycanda ilin ən "bahalı" qəzalarından biri baş verib. Bakı şəhərinin mərkəzində 10 HS 100 dövlət nömrə nişanlı "Rolls Royce Phantom 6,7 AT" markalı avtomobil qəzaya uğrayıb. Metronun "İçərişəhər" stansiyasının yaxınlığında qiyməti 1 milyon manat olan avtomobil taksi ilə toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, hər iki maşına ciddi ziyan dəyib.Məlumata görə, "Rolls Royce Phantom 6,7 AT" markalı maşın müğənni Cavanşir Məmmədova məxsusdur.Qeyd edək ki, Cavanşir Məmmədov "Rolls Royce Phantom 6,7 AT" markalı avtomobili 2011-ci ilin aprelində 960 000 avroya alıb. Həmin maşın alınan vaxt müğənninin kolleksiyasındakı 50-ci maşın idi./milli.az/
O.M.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































