Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədovanın şəxsi yaxtasında gəzintiyə çıxacağı deyilir. Publika.Az-ın məlumatına görə, səfər yaxın günlərdə baş tutacaq. Aktrisa xəbəri eşitcək "yalansa, gerçək olsun" dedi, amma gəzintiyə çıxacağını gizlətmədi: "Şarmlı xanımam və buna görə də hər kəs mənim zəngin olduğumu düşünür. Həmişə arzulamışam atım və yaxtam olsun, amma əfsus ki, heç biri yoxdur. Heç dəniz kənarında bağım da yoxdur ki, doyunca dənizə tamaşa edim. Mən təbiəti və dənizi çox sevirəm. Saatlarla dayanıb dənizi seyr etməyi xoşlayıram".Xalq artisti onu da bildirdi ki, yaxın günlərdə beşulduzlu gəmidə qızı Gülərlə bərabər dəniz səyahətinə çıxacaq.
O.M.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































