Uşaq zorlaması ilə bağlı daim ittiham olunan mərhum pop kralı Maykl Cekson barəsində yeni faktlar ortaya çıxıb. Oxumeni.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, məşhur amerikalı xoreoqraf Ueyd Robson M. Cekson barədə inanılmaz məqamlar açıqlayıb: "Maykl uşaq zorakılığını gizlətmək üçün yataq otağının girişinə həyəcan siqnalı yerləşdirmişdi. Onun yataq otağına yaxınlaşan olanda həyəcan siqnalı işə düşürdü ".
Robson daha sonra özünün də Maykl Cekson tərəfindən təcavüzə məruz qaldığını söyləyib: "İndi otuz yaşım var. 1990-cı illərdə M.Ceksonun işgəncələrinə məruz qalmışam. Təcavüzdən sonra o, məni də danışmamağa razı saldı".
O.M.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































