"Şeron" qrupunun rəhbəri Rüstəm Zeynallı 2008-ci ilin noyabr ayının 10-da "Abu Arena" şadlıq sarayında özünə toy çaldırmışdı. Həmin məclisdəki qonaqların yarıdan çoxu mədəniyyət, incəsənət və şou-biznes nümayəndələrindən ibarət idi. Həm bəy tərəfdən iştirak edirdilər, həm də gəlin. Məlum məsələdir, bəylik kürsündə elə şou-biznesin fəal üzvü oturmuşdu. Gəlin isə xalq artisti, məşhur qarmon ustası Aftandil İsrafilovun qızı idi – Həcər. Hansı ki, əvvəllər "Şeron" qrupuna prodüserlik edirdi.
İlk baxışdan son dərəcə xoşbəxt görünən cütlüyün bu sevinci elə də uzun sürmədi. Belə ki, 2011-ci ilin yay aylarında onlar yaranmış narazılıqlar ucbatından rəsmi qaydada boşandılar. Onu da əlavə edək ki, bu, Rüstəmin ikinci evliliyi idi. Həcərlə tanış olandan sonra o həyat yoldaşı və iki azyaşlı oğlunu tərk etmişdi.
Lakin xatırladaq ki, hazırda Rüstəm Zeynallı birinci həyat yoldaşı və oğlu ilə bərabər xoşbəxt, firəvan ömür sürür. Srağagün onlar cəmiyyət içində mehriban ailə tablosu yaradıblar. "Sədərək" ticarət mərkəzinə təşrif buyuran qrup rəhbəri oğlu üçün qiymətli bir velosiped alıb. O, hətta ara-sıra hicablı xanımının da fikirlərini öyrənib. Beləcə, ona olan hörmətini qeyri-ixtiyari şəkildə nümayiş etdirib.
... Bu həyatda haqq-ədalət deyilən məhfum həqiqətən də mövcuddur. Allah mehriban eləsin!
Hazırladı: Könül Aypara
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































