Facebook sosial şəbəkəsində "Azad söz" adlı bir səhifə var. Hansı ki, guya azad söz bildirirlər. Halbuki, bir növ düşmənlərə işləyirlər, bilərəkdənmi, bilməyərəkdənmi, fərqi yoxdur. Xalqı gözdən salmaqla, milləti aciz göstərməklə, mədəniyyət xadimlərini lağa qoymaqla, dövlət başçısını ələ salmaqla və s. Təhqirlə tənqidi bir-birindən ayırmağı bacarmayan səhifənin rəhbəri nəticə etubarilə Azərbaycan dövlətini bütün Facebook istifadəçilərinə rüsvay etdiyinin fərqinə də varmır.
Həmin səhifədə xalq artisti Brilliant Dadaşovanın 2008-ci ildə Türkiyədə istehsal olunmuş "Masal dünyam" adlı albomu üçün nəzərdə tutulmuş fotosessiyasından bir şəkil də paylaşdırılıb. Qəribəsi budur ki, iyrənc formada gələn rəylər arasında məhz Brilliant xanımın da rəyi var: "Yaxşı düzəldə bilməyiblər. Mənim boğazım heç vaxt bu qədər qısa olmayıb. Xahiş edirəm, bu şəklin boğazını da uzadasınız. Çox qısa alınıb, üzərində bir az da işləsəniz, alınar".
Bir sözlə, B.Dadaşovanın sözlərindən belə nəticə çıxarmaq olar ki, şəkil fotomontaj olunub. Daha doörusu, montajçı xalq artistinin bu qara, güpur donunu necəsə əldə edərək başqa bir xanıma geyindirib. Sonra da müğənninin baş hissəsini həmin şəklə yerləşdirib.
Bütün bunlara aydınlıq gətirməkdən ötrü B.Dadaşovaya qısa şəkildə narahat etdiyimizin səbəbini anlatdıq. Məsələ ilə bağlı fikirlərini öyrənməyə çalışdıq. Hətta bəzi istifadəçilərin, "əgər Brilliant xanım deyilsə, nə üçün bu illər ərzində şəklini montaj edən haqqında ölçü ötürməyib? Beş ildir nə üçün susub? Bəs "Maç-maç, quc-quc" mahnısını icazəsiz əldə etmiş "Türkcell" şirkətini nə yaxşı yerində otuzdura bilmişdi?"
Düzü, çox maraqlı və məntiqli sualdır. Çox güman ki, həmin problemdə Brilliant xanım haqlı idi deyə, məhkəmələrdə qalib gələrək "Turksell"dən yetərincə təzminatının ala bilmişdi. O ki qaldı bu şəkil məsələsinə...
Bəli, atalar yaxşı deyib: "Haqlı gec-tez öz haqqını alacaq".
Könül Aypara
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































