"2-3 sənətkardan başqa, əksəriyyətinin fəxri adı əlindən alınmalıdır. Çünki onlar bu ada layiq deyillər". Bunu Lent. az-a müğənni Nadir Qafarzadə deyib: "Fəxri adın indi hansısa müğənnidən alınması gecdir. İndi bu adı onlardan almaq məncə düzgün olmaz. Sadəcə, bundan sonra baxmaq lazımdır ki, kimə ad verirlər. Ad alacaq şəxsin yaradıcılığından əlavə, əxlaqı keyfiyyətləri da nəzərə alınmalıdır. Xalq artisti adını daşıyan bəzi sənətçinin yaradıcılığı zirvədə, əxlaqı yerində deyilsə, onun sənəti başına dəysin. Fəxri ada layiq görülən sənətçi nümunəvi olmalıdır. Mənfi keyfiyyətləri varsa o adama ad verilməməlidir.
Bir çox sənətçilər vaxtından tez ad alırlar. Misal üçün, Şövkət Ələkbərova yaradıcılığa başlayandan 20 il sonra əməkdar artist adına layiq görülüb. Yaradıcılığının 40 ilində isə xalq artisti adını qazanıb. Amma anlaya bilmirəm ki, bir müğənnini sənətə gələndən 5 il sonra necə əməkdar artist adına layiq görürlər. Bu necə olur? Hansı əməkdən söhbət gedə bilər? Müəyyən bir yaş həddi olmalıdır... "
Qeyd edək ki, bir müddət bundan öncə xalq artistləri Aygün- Brilliant qalmaqalına münasibət bildirən İlhamə Quliyeva "Aygünlə, Brilliantın fəxri adı alınmalıdır ki, bu, başqalarına da görk olsun", - deyib.
O.M.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































