Tanınmış model Günay Musayevanı yenə qıcıqlandırıblar. Bu dəfə gözəl modeli müğənni Nadir Qafarzadə əsəbiləşdirib. Belə ki, "ATV maqazin" verilişində Nadir "V&V" company-nin təsis etdiyi "Qrand" mükafatı ilə bağlı fikirlərini bölüşüb. O, sərt şəkildə bildirib ki, Türkiyədən gələn qonaqlar aldıqları mükafatı elə hava limanındaca zibilqabilarına atıblar. Bu məsələyə biganə qala bilməyən Günay xanım da Türkiyədən gələrək "Qrand" alanlardan biri kimi münasibətini bildirməyi özünə borc bilib:
"Yenə qulağıma nələrsə çatdı və istərdim bu mövzuya aydınlıq gətirim. Keçən həftə "ATV maqazin" verilişində Nadir Qafaridze uydurub ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə "V&V" company-nin təsis etdiyi "Qrand-2012" milli müstəqil mükafatının təqdimetmə mərasiminə Türkiyədən gələn sənətçi dostlarımız mükafatı alıb, İstanbula qayıdarkən hava limanında zibilqabına atıblar.
Mən Türkiyədən olan qonaqları dəvət edən bir şəxs kimi ona bildirmək istəyirəm ki, mən də daxil olmaqla həmin sənətçilərin Twitter və İnstagram səhifələrini diqqətlə incələsin. O zaman görəcək ki, onlar bu mükafat haqqında fəxrlə necə gözəl sözlər paylaşıblar və evlərindəki mükafatların içərisinə əlavə ediblər. Sənətçi dostlarım sırf bu mükafat üçün gəlmişdilər. Özü də təmənnasiz ("bezplatnı"). Qayıtdiqda çox məmnun qalmışdılar və olduqca gözəl təəssüratları yaranmışdı. Bundan başqa, Bakımıza və insanlarımızın qonaqpərvərliyinə heyran qaldılar. Bu, məni də xoşbəxt etdi. Həmçinin, Valeriy və Vadim qardaşları bizi çox yüksək səviyyədə qəbul edib, yola saldılar. Demək istəyirəm ki, Nadir bəy əl çəksin bu məhəllə dedi-qodularından və sənətlə məşğul olsun. Maraqlı yeniliklər etsin ki, gələn il Türkiyədə keçiriləcək bu mükafata o da layiq görülsün.. Nəyə görə yazdım, haqsızlığa təhəmmülüm yoxdur deyə. Özümə borc bildim ki, həqiqəti yazım.
Könül Aypara
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































