Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva həmkarı İlhamə Quliyeva arasındakı məhkəmə çəkişməsi ilə bağlı bəyanat yayıb. Bu haqda məlumat verən xalq artisti bildirib ki, dünən və bu gün Kütləvi İnformasiya Vasitələrində yayılan informasiyalar həqiqəti əks etdirmir:"Belə ki Baki şəhər Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə (Nəzərinizə çatdırıram ki hakimin elan etdiyi qətnaməyə əsasən İlhamə Quliyevanın iddiası tam həcmdə yox qismən təmin edilib) yekun qərar deyil, ən azı ondan ötrü ki, mənim həmin qətnamə ilə razılaşmaq fikrim yoxdur və ondan apellyasiya şikayəti verəcəyəm. Apellyasiya məhkəməsinin qərarından asılı olaraq, yəni apellyasiya instansiyası məhkəməsi kobud qanun pozuntuları ilə qəbul edilmiş qətnaməni ləğv etməsə, ali məhkəməyə də müraciət edəcəyəm.Bütün bu proseslərin başa çatması üçün isə ən azı bir il vaxt lazımdır.Ona görə də Kütləvi İnformasiya Vasitələrində guya İlhamə Quliyevanın mənə qalib gəlməsi və iddiasının təmin edilməsi barədə yayılan informasiyalar həqiqət deyil".
O.M.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































