Müğənni Rəqsanə İsmayılovanın ifadəsi alınıb. Bu barədə APA-ya Suraxanı rayon Polis İdarəsinin rəis müavini Akif Nəzərli bildirib. Rəis müavini qeyd edib ki, Rəqsanə İsmayılova barəsində Suraxanı Rayon Polis İdarəsi tərəfindən başlanmış cinayət işinin materialları Bakı şəhər Baş Polis İdarəsinin istintaq idarəsinə verilib: "Hazırda həmin cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. Rəqsanə İsmayılova Bakıya gələn kimi dərhal istintaqa dəvət olunub və onun ifadəsi alınıb. Onun həbs edilib edilməməsi ilə bağlı qərarı isə istintaq verə bilər".
A.Nəzərli həmçinin qeyd edib ki, müğənninin səhhətindəki problemlərlə əlaqədar onun barəsində elan olunmuş axtarışa xitam verilib.
Qeyd edək ki, R.İsmayılova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir.
O.M.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































