Bir az öncə prodüser Nahid Eminoğlu Facebook sosial şəbəkəsində bir status paylaşıb: "Bu gün səhər 05 radələrində müğənni Zarina Məmmədovanın şəxsi avtomobili yanıb".
Sən demə, Zarinanın idarə etdiyi "Toyota RAV 4" markalı avtomobil gecə saatlarında naməlum səbəbdən yanıbmış. Z.Məmmədova bu xoşagəlməz hadisədən xəbər tutduqda isə artıq gec olub. Hadisə yerinə yanğınsöndürənlər gəlib. Hazırda hadisə ilə bağlı istintaq başlanılıb.
Prodüsser N.Eminoğlu hadisə ilə bağlı bunları söylədi: "Təxribat olub-olmadığını dəqiq deyə bilmərəm. Hər ehtimalı dəyərləndirmək lazımdır. Zarina xanım sağ-salamatdır. Avtomobil dayanacaqda yanıb. Şükürlər olsun müğənni içəridə olmayıb. Təki zərər dəmirə dəysin. İcbari var, amma ödəmirlər".
Könül Aypara
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































