Dünən Bilgəh qəsəbəsində yerləşən "See Breeze" otelində Rusiyanın tanınmış ifaçısı Alsunun möhtəşəm konserti baş tutdu. Xatırladaq ki, məşhur müğənni yubileyini – 30 yaşını çox sevdiyi azərbaycanlı pərəstişkarları ilə bərabər qeyd etdi. O, repertuarındakı sayılıb-sevilən mahnıları ilə yanaşı dünya ulduzlarının populyar mahnılarını da ifa etdi.
Konsertə bir çox tanınmış simalar qatılmışdı. O cümlədən xalq artisti Brilliant Dadaşova da qonaqlar arasında idi. Sənətçimiz konsertlə bağlı fikirlərini Facebook sosial şəbəkəsində bölüşməyi unutmadı: "Bir neçə il bundan əvvəl ölməz sənətkarımız Müslüm Maqomayevlə birgə Bakıya gələn Alsunun konsertində oldum. Həm səsi, həm də özü gözəl, Rusiya səhnəsində və dünyanın bir çox ölkələrində tanınan və sevilən müğənni Alsu mənim ifa etdiyim "Əsdi xəzri gilavar" mahnısını çox sevdiyini bildirmişdi. Həmyerlimiz Van Abramovla evləndikləri gün məni Moskvaya dəvət edib, sözügedən mahnını həyat yoldaş ilə birgə dəfələrlə rəqs etmişdi. Alsu Azərbaycanımızı və musiqimizi o qədər sevir ki! Dünənki konsertində də dünya ulduzlarının ifa etdikləri mahnılarla yanaşı bizim musiqimizi canlı ifa etdi. Yenə də musiqimizə olan məhəbbət mənə qürur hissləri bəxş etdi". B.Dadaşova konsertdən son dərəcə məmnun qaldığını Oxumeni.az-a bildirdi.
Xatırladaq ki, Alsu Ralifovna Abramova 27 iyun 1993-cü ildə Buqulmada anadan olub. Tatarıstan Respublikasının xalq artistidir.
Könül Aypara
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































