Ukraynanın məşhur oriental rəqqasəsi Alla Kuşnir Bakıya gəlir. Oxumeni.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, iyunun 29-da paytaxtımızda olacaq Alla toy məclisinə təşrif gətirir.
Məlumata görə, iş adamlarından birinin xeyir işinə qatılan rəqqasənin paytaxtımızla bağlı planları bununla bitmir. Rəqqasə tanınmış teleaparıcı Zemrifa Adığözəlovanın da qonağı olacaq. Zemfiranın Lent.az-a verdiyi məlumata görə, o, Alla ilə iş birliyinə imza atır: "Rəqqasə iki gün Bakıda qalacaq. Alla Qazaxıstandan gəlib və burdan Misirə yollanır. Rəqqasə bundan sonra bizim yerli telekanallarda tez-tez görünəcək. Bir müddətdən sonra daha geniş məlumat verəcəyik. Hər ikimizin möhtəşəm şousu gözlənilir".
Qeyd edək ki, Alla Kuşnir ötən il də məhz teleaparıcı Zemfiranın qonağı olmuşdu. Otellərin birində təşkil olunan "Şərq gecəsi"ində solo rəqslər nümayiş etdirən rəqqasə Azərbaycan tamaşaçıları üçün 3 saat rəqs etmişdi.
O.M.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































