"Mənə bir az ondan danış" şeirinin müəllifi Vüqar Rahi müəllif hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət edib. Şairin vəkili Şirinov Nəsiminin oxumeni.az-a verdiyi məlumata görə, adıçəkilən şeir müəllifin razılığı olmadan "Digital Service Company" və "Limon MMC" tərəfindən zəngimcell dövriyyəsinə buraxıldığı üçün hər iki şirkət barəsində Yasamal rayon məhkəməsinə müraciət edilib. ""Mənə bir az ondan danış" şeiri müəllif Vüqar Rahi tərəfindən "Müəllif Hüquqları Dövlət Agentliyi" tərəfindən qeydiyyata alınıb. Buna baxmayaraq, həmin şeir adıçəkilən şirkətlər tərəfindən həm müəllifin öz səsi ilə, həm də başqa ifaçının səsi ilə zəngimsell dövriyyəsinə buraxılıb. Həmçinin bəzi hallarda şeirin müəllifi kimi mərhum şair Nüsrət Kəsəmənlinin adı qeyd olunub. Təbii ki, bütün bunlardan Vüqar Fərmanovun, yəni şair Vüqar Rahinin xəbəri olmayıb. Odur ki, o, müəllif hüquqlarının pozulması iddiası ilə məhkəməyə müraciət etməli olub. Bu gün saat 14:00-da Yasamal rayon məhkəməsində hakim İlahə Abbasovanın sədrliyi ilə hazırlıq iclası keçirilib. Məhkəmə baxış iclası 12 iyul saat 11:00-a təyin olunub" – deyə məlumat verən vəkil təzminat tələbinin məbləğini açıqlamasa da, şikayətçinin hər iki şirkətin adıçəkilən şeirin səsli dövriyyəsindən qazandıqları mənfəətin məbləğinin müəyyən edilməsində israrlı olduğunu bildirib.
O.M.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































