İlhamə Q: "Brilliant və Aygündən fəxri adları mütləq alınmalıdır!"

İlhamə Q: "Brilliant və Aygündən fəxri adları mütləq alınmalıdır!"

"Müğənninin ağzına xiyar alması, bu görüntünü başqa bir müğənninin yaymasının mənası nədir? Bu nə tərbiyəsizlikdir axı?
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərovun xalq artistləri Brilliant Dadaşova ilə Aygün Kazımova arasında baş verən və heç bir əxlaq normasına sığmayan dava-dalaşa reaksiyasını oxudum. Millət vəkilinin mövqeyini dəstəkləyirəm və istərdim ki, parlament belə halların gələcəkdə təkar olunmamasına görə cəzalar qəbul etsin. Adamlar onlara verilən fəxri adların məsuliyyətini dərk etməli və özlərini həmin ada uyğun şəkildə aparmalıdırlar. Mən Nizami Cəfərovun dediklərindən yaxşı mənada şoka düşmüşəm".
Bu sözləri "Qafqazinfo"ya açıqlamasında Azərbaycanın xalq artisti İlhamə Quliyeva bildirib. İlhamə xanım neçə gündən bəri təəssüflə izlədiyi sözügedən qalmaqala nəhayət ki, Nizami Cəfərov səviyyəsində münasibət bildirilməsini alqışladığını deyib. Onun sözlərinə görə, bu cür biabırçılığa susmaq, həmin xalq artistilərini cəzasız buraxmaq gələcəkdə baş verən qarşılıqlı hörmətsizliklərin adi hala çeviriləcəyinə imkan yaradacaq:

"Bu biabırçılığın qarşısı təcili şəkildə alınmalıdır. Bir iki nəfər cəzalandırılmalıdır ki, başqalarına da dərs olsun. Brilliant Dadaşova deyir ki, "yekə arvaddır" getsin öz işi ilə məşğul olsun. Guya özü uşaqdır? Ayıbdır ümumuiyyətlə, "yekə arvad" sözünü ağıza almaq. Və yaxud Aygün Kazımova, bu nə hərəkətlərdir edir? Axı bu adamların hər ikisinə dövlət ən yüksək fəxri ad verib. Heç olmasa bu ada hörmət eləsinlər. Müğənninin ağzına xiyar alması, bu görüntünü başqa bir müğənninin yaymasının mənası nədir? Bu nə tərbiyəsizlikdir axı? Belələrindən fəxri ad alınmalıdır ki, digərlərin də görk olsun. Gör cəzasızlıq hansı vəziyyətə gətirib ki, bu iki insan bir-birlərini bütün cəmiyyətin qarşısında açıq-aşkar şəkildə təhqir edirlər. Dövlət onları yerlərində otuzdurmasa, sabah bundan da betər hərəkətlər görəcəyik. Bu başqa sözlə, harınlığın, qudurğanlığın əlamətləridir".

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az