İtaliyada - Milanda bu dəfə dünyaca ünlü markanın - "Dolce&Gabbana"nın sahibləri məhkəmə qarşısına çıxdı. Hakimin qərarı əsasında ünlü Dolce və Gabbana 1 il 8 ay həbs cəzasına məhkum olundular. Belə ki, iddiaya görə, "Dolce&Gabbana"çılar 2004-cü ildə qurduqları markanın vergi dəyərini ödəməmək üçün onu "Gado" holdinqə bazar dəyərindən xeyli aşağı qiymətə sataraq, 1.3 milyard dollar həcmində olan gəlirlərini dövlətdən gizlədiblər. Dizaynerlər bu iddianı rədd edərək, daha yüksək qurumlara müraciət edəcəklərini açıqlayıblar.
Aralarında Madonna, Kayli Minoq və bunlar kimi bir çox dünya miqyaslı ulduzların olduğu müştəriləri olan Dolce və Gabbana iki il bundan öncə də vergidən qaçdıqlarına, saxtakarlıqlarına görə günahlandırılmışdı. Lakin məhkəmə cinayət işindən "saxtakarlıq" maddəsini çıxararaq, digər maddə barədə ölçü götürüləcəyini bildirmişdi.
Günel Həbib
O.M.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































