Müəllif: “Samirin həyatı faciəli ola bilər”

Müəllif: “Samirin həyatı faciəli ola bilər”
“Mənim içimdə iki Samir var bir qeyrətli, namuslu Samir, bir də publikaya işləyən Samir”

Hər cəhətdən hər kəsdən fərqlənən Samiraldo bu dəfə də adətindən geri qalmayıb. Daha doğrusu, ekstravaqant stilist haqda kitab yazılıb. Kitab onun yaradıcılığını deyil, həyatını roman şəklində əks etdirir. Qəribə təxəllüsü, dünyagörüşü və həyat yolu olan stilistin həyatı haqda roman da olduqca qəribə alınıb.

Samirin fikrincə o, şou-biznesdə deyil, dəb aləmindədi. Bütün geyimləri ilə göz qamaşdırır. Dünyada bütün dəblərlə uyğunlaşır, geyim tərzi də fərqlidi: "Yenə deyirəm, şou-biznesdə deyiləm. İstəmirəm də olum. Amma hər bir jurnalist mənə sual verir ki, zövqlü-zövqsüz kimdir. Mən də cavab verirəm, sonra düşürəm müğənnilərlə qalmaqala. Amma deməliyəm. Çoxları məni təhqir edir. Bu ölkənin stilistiyəm. Şou-biznesin açarı da ölkənin stilistinin əlində olur. Kim ki pul verib "Humay" mükafatını alırsa, yaxşıların yaxşısı, "Qrand" mükafatını alırsa, bir nömrəli stilist ola bilməz. Əgər jurnalist layiq olan stilistə zəng edib onun fikrini öyrənirsə, deməli, açar da onun əlindədir. Şəxsən mən özümü ölkənin bir nömrəli stilisti sayıram. Mənə günün bu günü çox tələbat var. Hər şeyi açıqlayıram, qorxmuram, yeganə stilistəm ki, qadınlar zövqümə güvənir və mənə müraciət edir. Qadınların iç dünyasını da geyimləri ilə uyğunlaşdıra bilirəm" deyə açıqlama verən Samiraldo daxilən kişi olduğunu, lakin işinin qadınların iç dünyası ilə bağlı olduğu üçün birmənalı qarşılanmadığını bildirib.

Dünən tanınmış stilist Samir Əliyevin həm ad günü, həm də həyatından bəhs edən "Samir" romanının təqdimatı keçirilib. Oxumeni.zz-ın məlumatına görə, Əhməd Şahidovun qələmə aldığı kitab Samiraldonun doğulduğu gündən bu günə kimi yaşadığı acılı, şirinli günlərdən bəhs edir. Kitab haqqında fikirlərini bölüşən stilist narahat olduğunu dilə gətirib:
"Əhməd Şahidov məndən xəbərsiz mənim həyatımdan roman yazmaq qərarına gəlib, araşdırıb və bütün gizli məqamları üzə çıxardıb. Oxuduqca şoka düşürəm. Qorxuram ki, mənimlə birlikdə Əhmədi də qınaq obyektinə çevirərlər, onu da tənqidlə bərabər təhqir edərlər. İstəməzdim həyatımda baş verən bəzi məqamlar üzə çıxsın. Dəlixanada keçirdiyim günlər də buraya aiddir. Mənim içimdə iki Samir var bir qeyrətli, namuslu Samir, bir də publikaya işləyən Samir. İstəmirəm ki, bu kitabdan sonra məni tənqid, təhqir etsinlər."

Kitabın müəllifi Əhməd Şahidov isə kitab haqqında bunları bildirib:
"Samiri 10 ildir tanıyıram. Onun necə kövrək, təmiz qəlbli insan olduğunu bilirəm. Ona görə də onun haqqında kitab yazmaq qərarına gəldim. Bu kitabı yazmaq mənim üçün asan olmadı. Çünki Samir mənə heç nə danışmayıb. Özüm araşdırıb gizli məqamları üzə çıxartdım. Samir də burada kitabla tanış oldu. Kitab 2000 tirajla çıxıb. Kitabın ikinci hissəsini də yazacağam. Samir gələcək həyatını bilməsə də, mən qaraçılardan, falçılardan onun həyatını öyrənmişəm. Bu xoş da ola bilər, faciəli də. Ona görə "Samir" romanı hələlik yarımçıqdır".

Biz də müəllifə və ilham pərisinə uğurlar arzu edirik.

Şəlalə Nəriman

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az