Dünya şöhrətli Çin əsilli aktyor Ceki Çan, deyəsən, Hollivud ulduzu olmaqla kifayətlənmək istəmir. 59 yaşlı aktyor hind filmlərində də çəkiləcək.
Məlumata görə, aktyor Bollivud ulduzu olmaq fikrinə düşüb. Aktyor bu istəyini elə Hindistanın paytaxtı Dehlidə, Çin Film Festivalında çıxışı zamanı dilə gətirib. Ceki Çan bildirib ki, o, "Asiyanın Robert de Nirosu" olmaq arzusundadır.
"Həqiqətən də, Asiyanın Robert de Nirosu olmaq istəyirəm. De Niroya, Al Paçinoya, Dastin Hofmana baxın - onlar hər şey edə bilirlər. Mən də əsl aktyor olmaq istəyirəm. Bütün yaxşı ssenarili filmlərdə yaxşı rollar almaq istəyirəm. Mənim axtardığım pul deyil. Yaxşı ssenari, yaxşı musiqi, yaxşı rəqs axtarıram. Yəqin ki, Bollivud filmində çəkiləcəm. Gözləyirəm sizi, ey rejissorlar, mən yaxşı aktyor, yaxşı rəqqas və yaxşı müğənniyəm", deyə Ceki Çan bildirib.
Qeyd edək ki, Ceki Çan son illər özünü təkcə aktyor kimi yox, həm də rejissor kimi sınayır. Hindistanda Çin Film Festivalında nümayiş etdirilən filmlərdən biri - "Çin zodiakı" da məhz Ceki Çanın müəllifi olduğu filmdir. Ceki Çan bundan əvvəl də 2008-ci ildə Hindistana gəlmiş və "Mif" adlanan filmdə hind aktrisası Malika Şevaratla iş birliyi olmuşdu.
O.M.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































