"Həmişəki kimi maşını evin həyətində saxlamışdım. Səhər saat 07:00 olardı, gördüm ki, avtomobilin şüşəsini sındırıblar. Maşının sənədləri və 3 min manata yaxın pulun oğurlanıb. Avtomobilin içindən iki daş çıxdı".
Oxumeni.az xəbər verir ki, bu barədə iyunun 15-i səhər saat 07:00 radələrində avtomobili qarət olunan keçmiş "Şeron" qrupunun keçmiş üzvü, hazırda "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədov ANS-ə açıqlamasında bildirib.Müğənni bu barədə rayon Polis İdarəsinin 26-cı polis bölməsinə müraciət etdiyini bildirib. Şikayətə əsasən polis əməkdaşları hadisə yerinə gəliblər. Maşından barmaq izləri götürülüb. Hazırda hadisəni törədən şəxs, yaxud şəxslər axtarılır.
Müğənni isə heç kimdən şübhələnmədiyini deyir: "Əslində, mənim heç kimlə problemim yoxdur. Bunu yoldan ötən insan da edə bilər. Yaxud görünür kiminsə məndən xoşu gəlmir. Mənim heç kimdən problemim yoxdur. Hamının məndən işi keçir, mənim heç kimdən işim keçmir".
Qeyd edək ki, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədovun "Mercedes" markalı avtomobilindən oğurluq olub. Hadisə Yasamal rayonu Ələsgər Ələkbərov küçəsi 528-ci məhəllədə, elə müğənninin evinin qarşısında törədilib. Avtomobilin yan şüşəsini daş parçasi ilə sindiran naməlum şəxs asanlıqla qapını açıb və maşınının içində olan 3 min manat pulu, müxtəlif vacib sənədləri oğurlayıb.
O.M.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































