Bu gün Azərbaycan şou-biznesinin tanınmış siması olan Röya Ayxanın ad günüdür. Həyatının ən sevimli, ən yaddaqalan günlərindən birini qeyri-adi keçirməyi düşünən müğənni ilk olaraq "Gün keçdı" verilişinin qonağı oldu. Burada o, dünyanın dörd bir tərəfində yaşayan pərəstişkarlarından sürpriz olaraq təbriklər qəbul etdi. Həmçinin özü də pərəstişkarlarını sürprizsiz qoymadı. Belə ki, o, Parisdə lentə alınmış "Günahsız günahım" mahnısının klipini təqdim etdi. Xatırladaq ki, klipə məşhur "Taksi" filminin baş qəhrəmanı Sami Naseri çəkilib. Hansı ki, həm Röyanın ad günü, həm də klipin təqdimetmə mərasimi ilə əlaqədar hal-hazırda Bakıda qonaqdır. Onu da əlavə edək ki, S.Naseri Fransa vətəndaşı olsa da, milliyyətcə ərəbdir.
Oxumeni.az-ın əldə etdiyi məlumata görə, Röya bu gününü doğmalarının, yaxın dostlarının əhatəsində keçirməyi planlaşdırıb. Belə ki, o, fransız qonaqları ilə bərabər digər dostlarına da əvvəlcə bağ evində ziyafət verəcək. Daha sonra isə dəniz kənarında yerləşən məşhur restorana yollanacaq. Onu da nəzərinizə çatdıraq ki, qonaqlığa sənətçi dostlarından Abbas Bağırov, gitara ustası Rəmiş, Primadonna İlhamə Quliyeva və bir neçəsi dəvətlidirlər. O ki qaldı hədiyyələrə, bu gün R.Ayxan artıq fanatlarından, dostlarından, doğmalarından yetərincə "hədiyyəfəşanlığa" qərq olunub. Ən dəyər verdiyi insandan isə zinət əşyası gözləyir: "Çünki hər il o mənə zinət əşyası bağışlayır".
Könül Aypara
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



















.jpg)

.jpg)

































